• Salyan ş, 22 km, Qaradağ r., Bakı, Azərbaijan
  • (+994 12) 311 16 73
  • B.e. - Cü.: Saat 9:00-dan saat 17:00-dək

CTLS haqqında

"Caspian Technical and Logistical Services" (CTLS) öz şəxsi texniki və logistik servis mərkəzlərinin açılmasını rentabelli hesab etməyən xarici şirkətlərə yerli texniki və logistik mərkəz təklif edir.

Bizim "bir pəncərə" sistemimiz satışsonrası dəstək, zəmanətin verilməsi, texniki xidmət, ehtiyat hissələrin saxlanılması və cari təlimlərdən tutmuş bütün prosesin hərtərəfli idarə edilməsinə kimi tam istismar müddəti ərzində müştərilərin logistik və texniki ehtiyaclarını nəzərə alır.

Bizim tələb olunan texniki və logistik xidmətlərimiz geniş yerli bazar təcrübəsinə malik olub, yerli dəstək təklif edən yerli peşəkarların yardımı və xüsusi bilikləri ilə həyata keçirilir. Hazırda şirkətdə Logistika, İdarəetmə, Maliyyə, Texniki dəstək, Anbar idarəetməsi, Mexaniki dəstək və təlim sahəsində 30-dan çox mütəxəssis çalışır. Şirkətinizin yerli müqavilə tələblərinə uyğun olaraq, biz həmçinin digər sektorlardan da əlavə mütəxəssisləri işə götürürük.

Müştərilərimizin siyahısına öz sahələrində qlobal liderlər, o cümlədən zirehli avtomobil istehsalçıları, radio-telekommunikasiya şirkətləri, eləcə də elektromaqnit siqnal cihazları üzrə dünyanın aparıcı şirkəti daxildir.



İstehsalat obyektlərimiz

Sahəsi 5000 kv.m olan ən müasir istehsalat obyektimiz aşağıdakı bölmələrə bölünür:

Ümumi ofislər

10 MB/s yükləmə və endirmə sürətlərini təklif edən kommunikasiya və kompüter şəbəkələri, o cümlədən təyin olunmuş optik lifli rabitə xətti ilə tam təchiz olunan, sahəsi 500 kv.m olan ofislərimiz  

Təlim mərkəzi

Projektor, ekranlar və ağ lövhələrlə təchiz olunmuş iki böyük zal. Hər zala 30 nəfər yerləşə bilər. Sürüşən divardan istifadə etməklə, iki zal istəyə uyğun olaraq birləşdirilərək bir böyük mühazirə zalına çevrilə bilər.

Mühəndislik ofisi

Obyektə sizin mühəndislik şöbənizə dəstək göstərmək iqtidarında olan kiçik mühəndislik ofisi daxildir. Mühəndislik ofisində sizin tələblərinizə uyğun olaraq ixtisaslaşdırılmış avadanlıq və ehtiyat hissələri yerləşdirilə bilər.

Texniki laboratoriyalar

Sizin texniki dəstək ehtiyaclarınıza uyğun olaraq, mütəxəssisləriniz tərəfindən istifadə edilə bilən ən müasir avadanlıqlara malik tam təchiz olunmuş iki texniki laboratoriya.

Saxlama anbarı

Tam kompüterləşdirilmiş üç qapalı anbar. Bu anbarların ikisi tezsatılan inventar, o cümlədən çəngəlli yükləyicinin çöldən və içəridən daxil olması üçün nəzərdə tutulub. Üçüncü anbar xarici divarları olmayan, rütubətin idarə edildiyi yaxşı mühafizə olunan anbar olub, qiymətli əşyaların saxlanması üçün nəzərdə tutulub.

Mexaniki servis mərkəzi

Əsas səriştələrimizdən biri də mexaniki texniki xidmət və texniki dəstək təmin etmək bacarığımızdır. Mexaniki servis mərkəzimizdə yüksək səviyyədə təlim keçmiş mexaniklər qrupu çalışır.

Mərkəzin 2000 kv.m əhatə edən anqarına aşağıdakılar daxildir:

  • 14 iş stansiyası
  • 4 ədəd hərəkət edən 8 tonluq qaldırıcı mexanizm
  • 7 metr hündürlüyündə hərəkətsiz 2 tonluq kran
  • Konteynerləri yükləməyə imkan verən 15 metr uzunluğunda polad platforma
  • Geniş çeşidli texniki cihazlar

Boya sexi

Biz nəqliyyat vasitələrinin təmirini, o cümlədən şassi və gövdənin təmiri və boyama işlərini təmin edə bilərik. Bu xidmətlər yüksək səviyyədə havalandırılan boya sexinə malik istehsalat obyektimizin daxilində icra edilir.

Servisin imkanları

•  24/7 mühafizə - obyekt təlim keçmiş təhlükəsizlik personalı tərəfindən gecə-gündüz mühafizə olunur. Obyekt həmçinin müştərilərimizin öz mobil telefonlarından daxil ola bildikləri 16 CCTV kamerası ilə təchiz olunub.
•  Mühafizə olunan parkinq sahəsi - obyektə servis üçün gözləyən və ya servisdən sonra dayanacağa qoyulan 50 nəqliyyat vasitəsini yerləşdirmək iqtidarında olan mühafizə olunan parkinq sahələri daxildir. Parkinq sahəsi mühafizə divarı ilə əhatə olunur və təhlükəsizlik personalı tərəfindən gecə-gündüz mühafizə olunur.
•  Havalandırma və istilik sistemi – bütün obyekt (anqar istisna olmaqla) havalandırılır və obyektə qış üçün mərkəzi isitmə sistemi daxildir.
•  Duş kabinləri - bütün əməkdaşlar duşlara və özlərinin qıfıllanan şkaflarının olduğu geyinib-soyunma otaqlarına malikdir.
•  Yeməkxana – yeməkxanamızda bir növbədə 30 nəfər eyni anda yemək yeyə bilər. Yeməkxanaya kiçik mətbəx daxildir və ehtiyac olduqda yerli iaşə şirkəti tərəfindən qəlyanaltı da təmin edə bilərik.

Tel. +994 12 311 16 73
Email. main@ctls-tech.az

Salyan ş, 22 km, Qaradağ r., Bakı, Azərbaijan

İş saatları

Our support available to help you at:

  • Bazar ertəsi - Cümə: Saat 9:00-dan saat 17:00-dək
  • Şənbə - Bazar: Bağlıdır